22-ci dəfə ana olacaq - Foto

22-ci dəfə ana olacaq -  Foto
3158 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərənin Morkam şəhərində yaşayan cütlük 21-ci övladlarının dünyaya gəlməsini gözləyir.
 
Axşam.az Azxəbər.com-a istinadən xəbər verir ki, Sue Radfort adlı qadın 21-ci hamiləliyini digərlərinə nisbətən rahat keçirdiyi üçün özünü şanslı hiss etdiyini bildirib. Bu günə kimi 22 dəfə hamilə qalan 45 yaşlı ana doğuş zamanı bir övladının həyatını itirdiyini deyib.
 
2004-cü ildə 10 otaqlı evə köçən cütlük İngiltərənin ən çoxuşaqlı ailəsi seçilib. Ailənin ən böyük uşağı 30 yaşında, ən kiçiyi isə 11 aylıqdır.
 
Sue Radfort bu hamiləliyinin artıq sonuncusu olduğunu, daha bir övladı istəmədiklərini bildirib.