Milyarderlərin uşaqları Yeni ili harada keçirib? - Fotolar

Milyarderlərin uşaqları Yeni ili harada keçirib? -  Fotolar
7450 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya mediası biznesmen övladlarının Yeni ili harada keçirməsi ilə bağlı araşdırma aparıb.

Axşam.az həmin siyahını təqdim edir:

Rusiyanın birinci prezidenti Boris Yeltsinin nəvəsi, kiçik Boris Yeltsin bayram günü Sen-Bart adasına yollanıb. O, milyarderlərin sevimli istirahət mərkəzində dostları ilə əylənib. Bayram günü adaya 50-yə qədər yaxta gəlib. Onlar arasında Roman Abramoviç, Dmitri Rıbalovlevin yaxtası da yer alıb.

 

Ziyad Manasirin 19 yaşlı qızı Diana Manasir Parisə yollanıb. Həyat yoldaşı Rostik Bağırov da onu tək qoymayıb. Onlar beşulduzlu "Mandarin Oriental" oteldə qalıblar.

 

"Diksi"nin sahibi İqor Kesaevin qızı, "Tatler" dərgisinin ən qalmaqallı siması Kristina bayramı Maldivdə keçirib. "Velaa Private Island"da qalan qız bir gecə üçün otelə 1,5 milyon rubl ödəyib.

 

Məşhur milyarder Eldar Osmanovun qızı Lolita Osmanova İsveçrədə Sankt-Morisdə dincəlib. Bir çox milyarderlər bayramı bu məkanda keçirmək üçün aylar əvvəl ödəniş ediblər. O, özü üçün Alp dağları mənzərəsində otaq kirayələyib.