Müğənni Sevda Sanəliyeva ad günündə dostlarından onu təbrik etməmələrini xahiş edib.

Axşam.az xəbər verir ki, anası ilə fotosunu yayımlayan sənətçi xatirələrini bölüşüb:

"Sənə təşəkkür etmək istədim: məni dünyaya gətirdiyin, çox əziyyətlə böyütdüyün, özün ac qalıb məni doyuzdurduğun, atasızlığı hiss etdirmədiyin, bütün çətinliklərimizi məndən gizlədə bildiyin üçün...

Həyatın necə çətin, insanların necə qəddar olduğunu mənə bildirmədən böyütdün. Mənə ana sevgisini, nəvazişini doya-doya yaşatdın. Bu gün məni dünyaya gətirdiyin gündür. Sənə minnətdaram, mənə çox yaxşı ana və ata oldun.

Sənin üçün darıxıram, səni çox sevirəm ana. Məni təbrik etməyin, əvəzində anama rəhmət oxuyun".



                 

Xəbər lenti