"Nəfəs" fərqli obrazda gəlir

"Nəfəs" fərqli obrazda gəlir
4507 dəfə oxunub
  • A-
  • A
  • A+

Noyabrda final edən "Sen anlat Karadeniz" serialından sonra bir müddət ortalıqda görünməyən aktrisa İrem Helvacıoğludan xəbər var.

Axşam.az xəbər verir ki, son çəkildiyi ekran işindən sonra bir müddət dincəlməyi düşünən İrem ona gələn təkliflərdən birini dəyərləndirib. Aktrisa yaxın vaxtlarda yeni bir layihə ilə görünəcəyini bildirib.

"Obrazım və ümumilikdə film haqqında ilk açıqlamanı mənim verməyim düzgün olmaz. Amma böyük bir həyəcan içindəyəm" deyən Helvacıoğlu bu dəfə tam fərqli xarakterdə tamaşaçı qarşısına çıxacağını vurğulayıb.

Qeyd edək ki, aktrisa "Sen anlat Karadeniz"də əri tərəfindən zorakılığa məruz qalan "Nəfəs" obrazını canlandırırdı.