Acun Əmraha 84 min təzminat ödəyəcək

Acun Əmraha 84 min təzminat ödəyəcək
3454 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Əmrah aparıcı və "TV 8"in rəhbəri Acun Ilıcalıya məhkəmədə qalib gəlib.

Axşam.az xəbər verir ki, ifaçı "TV 8"də yayımlanan "O Ses Türkiye", "Yetenek Sizsiniz" və "Rising Star" adlı proqramlarda onun icazəsi olmadan mahnılarının istifadə edilməsinə əsəbiləşib. Bu iddia ilə o, "Acun Medya" şirkətini məhkəməyə verib.

İki ildir davam edən məhkəməni qazanan Əmraha Acun 84 min lirə (təxminən 24 min manat) təzminat ödəyəcək.

Qeyd edək ki, Əmrah "Unutabilsem", "İhtiyacı Var" və "Götür Beni Gittiğin Yere" adlı mahnılarına görə məhkəməyə müraciət edib.