İlin ilk Ay tutulması başlayıb

İlin ilk Ay tutulması başlayıb
1049 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu ilin ilk Ay tutulması başlayıb.

Axşam.az xəbər verir ki, təbiət hadisəsi saat 23:11-də maksimuma çatacaq və yanvarın 11-ə keçən gecə saat 01:12-də bitəcək.

Ay tutulmasını Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq. Amma prosesi gözlə müşahidə etmək çətin olacaq.

Ay tutulmasını Azərbaycanda da izləmək mümkündür.

Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.

Qeyd edək ki, 2020-ci ildə 4 Ay tutulması hadisəsinin baş verəcəyi gözlənilir. 2-ci Ay tutulması iyunun 5-dən 6-na keçən gecə, 3-sü iyulun 5-də, sonuncu tutulma isə noyabrın 30-da baş verəcək.