Kukla Teatrı başlayır

Kukla Teatrı başlayır
957 dəfə oxunub
  • A-
  • A
  • A+
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yanvarın 12-də "Yeddi nar çubuğu" tamaşasının premyerası keçiriləcək.

Axşam.az xəbər verir ki, Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşa saat 12:00-da, digər seansları isə 14:00 və 16:00-da reallaşacaq.

"Yeddi nar çubuğu" adlı tamaşanı səhnələşdirən və şeirlərin müəllifi Zülfüqar Rüfətoğlu, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı isə Vüqar Camalzadədir.