"Adagio" yenidən nümayiş olunacaq

"Adagio" yenidən nümayiş olunacaq
400 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Pantomima Teatrı repertuarında maraqlı tamaşalardan olan “Adagio”nu növbəti dəfə təqdim edəcək.

Axşam.az xəbər verir ki, yanvarın 26-da növbəti dəfə göstəriləcək səhnə əsərinin quruluşçu rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı və musiqi tərtibatçısı Əməkdar artist Nargilə Qəribovadır. Rəqslərinin quruluşu Elnur İsmayılova məxsus olan tamaşada müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur. Səhnə əsərində qadın-kişi münasibəti, kişilərin qadınlara nə qədər xoş münasibət göstərməsi və digər məsələlər önə çəkilib.

Tamaşada rolları teatrın aktyorları Nargilə Qəribova, Bəhruz Əhmədli, Nurlan Rüstəmov və digərləri ifa edəcək.