DiKaprio 11 saat dənizdə qalan adamı ölümdən qurtardı

DiKaprio 11 saat dənizdə qalan adamı ölümdən qurtardı
1236 dəfə oxunub
  • A-
  • A
  • A+

Karib dənizində yaxta ilə səyahətə çıxan dünya şöhrətli aktyor Leonardo DiKaprio gəmidən düşən və dənizdə 11 saat həyatda qalmaq üçün mübarizə aparan bir şəxsi xilas edib.

Axşam.az xəbər verir ki, bir neçə gündür Seint Bart bölgəsində sevgilisi Kamila Morronla istirahət edən sənətçi gəzməyə çıxdığı yaxtadan suya düşən şəxsin səsini eşidib. Dərhal gəminin istiqamətini dəyişdirən DiKaprio onun sudan çıxarılmasına nail olub.

Sağ qalan şəxsin qurtarılma ehtimalına dünyada milyardda bir dəfə rast gəlinir. Sözügedən şəxs hava qaralmadan və böyük fırtınadan bir saat öncə qurtarılıb. Ona qida və geyimlər verilib.

Gəminin kapitanı bildirib ki, həmin şəxsin bəxti gətirib. Çünki Leonardo və dostları onu gec görsəydi, bir neçə dəqiqə sonra boğulacaqdı.