Herri və xanımı kral ailəsindən imtina edir

Herri və xanımı kral ailəsindən imtina edir
1732 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərə taxtının varislərindən olan Şahzadə Herri və həyat yoldaşı Meqan Markl kral ailəsinin üzvlüyündən çəkildiyini elan edib.

Axşam.az xəbər verir ki, cütlük verdiyi açıqlamada bu qərarı iqtisadi baxımdan azad olmaq istəməkləri ilə əlaqələndirib.

Ailə “Aylardır davam edən düşüncə və müzakirələrin nəticəsi” sözlərinə yer verərək, kral ailəsi üçün yenilikçi bir model ərsəyə gətirdiklərini bildirib.

Kral ailəsi isə bu barədə müzakirələrin yenicə başladığını söyləyib.

“Biz onların arzularını başa düşürük, ancaq bu mövzu olduqca qarışıq bir məsələdir və uzun müzakirələr tələb edir” deyə, açıqlamada qeyd olunub.