Elman koreyalı həyat yoldaşı ilə Balidə - Fotolar + Video

Elman koreyalı həyat yoldaşı ilə Balidə - Fotolar + Video
9250 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən ilin sonu model Marqarita Soyla ailə quran azərbaycanlı müğənni Elman Zeynalov həyat yoldaşı ilə tətilə yollanıb.

Axşam.az xəbər verir ki, Rusiyada fəaliyyət göstərən ifaçı istirahət üçün Bali adasını seçib. O, həyat yoldaşı ilə çəkilən videosunu sosial şəbəkədə paylaşıb. Görüntülərdə Soyu öpərək ləçək dolu hovuza tullanan Elman paylaşımına “Həyat yoldaşım olmaq üçün çox gözəlsən, amma mən şanslıyam” sözlərini yazıb.

Eyni videonu izləyiciləri ilə bölüşən Marqarita isə “Mənim okeanım, mənim ərim” sözləri ilə Elmana qarşılıq verib. Onun sosial media hesabında soyadını dəyişdirib “Zeynalova” qoyması da diqqət çəkib.