Eltonun anası onun toyunu pozmaq istəyib

Eltonun anası onun toyunu pozmaq istəyib
2272 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda “Şərəf Kavaleri” ordeni ilə təltif edilən məşhur müğənni-bəstəkar Elton Con, mərhum anasının Devid Fernişlə onun toyunu necə pozmağa çalışmasından danışıb.

Axşam.az xəbər verir ki, Elton açıqlamasında töy günü anasının özünü "coşqun sosiopat" (qanunlara riayət etməyən,daima qaydaları pozan və heç bir peşmançılıq hissi keçirməyən insan) kimi apardığını deyib.

O, anası Şeylanın andiçmə mərasimində qonaqlarla kobud davrandığını, qonaqlar qədəh qaldırarkən ağır nəfəs aldığını və gözlərini yummasının səbəbini homofobiya ilə əlaqələndirməyib.

Elton bunun sadəcə anasının qısqanclığı ilə bağlı olduğunu söyləyib.