“Qızıl qlobus” sahiblərinə verildi - Fotolar

“Qızıl qlobus” sahiblərinə verildi - Fotolar
675 dəfə oxunub
  • A-
  • A
  • A+

77-ci “Qızıl qlobus” mükafatları sahiblərinə verilib.

Axşam.az xəbər verir ki, gecədə “Ən yaxşı dram filmi” nominasiyası üzrə “1917” qalib gəlib.

Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filmi “Ən yaxşı ssenari” və “Ən yaxşı komediya filmi” seçilib. Filmin ulduzu Bred Pitt isə “Ən yaxşı köməkçi aktyor” nominasiyası üzrə qızıl qlobus alıb.

“Cudi” filmindəki performansına görə Reni Zelviqer “Ən yaxşı qadın aktrisa”, “Coker”in baş rol aktyoru Xoakin Foeniks isə “Ən yaxşı kişi aktyor” seçilib.

“Ən yaxşı mini serial” nominasiyası üzrə isə mükafatın sahibi “Çernobl” olub.