Kivinin faydaları

Kivinin faydaları
3388 dəfə oxunub
  • A-
  • A
  • A+

Bütün mövsümlərdə asanlıqla tapa biləcəyimiz kivi güclü antioksidant tərkibi ilə bir çox sağlamlıq problemini həll edir.

Axşam.az xəbər verir ki, həm dadlı, həm vitamin deposu olan bu sitrus meyvəsi erkən qocalmadan qoruyur. Belə ki, tərkibindəki güclü antioksidantlar sərbəst radikalları və toksinləri bədəndən kənarlaşdırır.

Bundan başqa onun tərkibi A, C, B qrupu vitaminləri, fosfor, dəmir və kalsiumla zəngindir. Susuzluğu effektiv şəkildə yatırır. Mütəmadi istifadə etdikdə damar tıxanıqlığının və ürək xəstəliklərinin qarşısını alır.

Arıqlamaq istəyənlər hər gün kivi yeməklə maddələr mübadiləsini sürələndirə bilər. Kivi eyni zamanda bədəndə olan şişliyi aradan qaldırır. Tərkibindəki C vitamini sayəsində immuniteti artırır. Astma və allergik öskürəyin dərmanıdır.