Nəvəsinə 1,5 milyon dollarlıq oyuncaq aldı - Fotolar

Nəvəsinə 1,5 milyon dollarlıq oyuncaq aldı - Fotolar
2950 dəfə oxunub
  • A-
  • A
  • A+
Kardaşyan ailəsinin ən böyüyü Kris Cenner kiçik qızı Kaylidən dünyaya gələn nəvəsi Stormi üçün oyuncaq alıb.

Axşam.az xəbər verir ki, 2 mərtəbəli evdən ibarət olan oyuncaq ev az qala həqiqi ev böyüklüyündədir. Evdə bir neçə otaq var ki, onların da hər biri lazımi mebellərlə təchiz olunub.

Kris qızı Kayli ilə birgə Storminin əlindən tutub evə aparıb. Evi gəzən qızcığaz daha sonra eyvana çıxıb.

Qeyd edək ki, Krisin 1 yaş 5 aylıq nəvəsinə Yeni il hədiyyəsi kimi aldığı evin dəyəri 1,5 milyon dollardır.