“Domestos”dan məktəblərə gigiyenik dəstək - Fotolar + Video

“Domestos”dan məktəblərə gigiyenik dəstək - Fotolar + Video
928 dəfə oxunub
  • A-
  • A
  • A+

“Unilever” şirkətinin dünyaca məşhur təmizləyici məhsulu “Domestos” Azərbaycanda “Domestos Məktəb Kampaniyası adlı qlobal sosial layihə həyata keçirir.

Axşam.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycandakı orta məktəb tualetlərində gigiyena ilə bağlı məlumatlılığı artırmaqdır. Bu layihə çərçivəsində “Domestos” məktəb tualetlərini tamamilə yeniləyir, təhsil müəssisələrinə “Domestos” məhsulları ianə edilir, şagird və təmizlik işçiləri üçün gigiyena təlimləri keçirilir.

“Domestos” brendi 2030-cu ilə qədər 50 milyon insanı təhlükəsiz və təmiz tualetlə təmin etməyi öz öhdəsinə götürüb. “Domestos Məktəb Kampaniyası” adlı qlobal sosial davamlılıq layihəsi təhsildə gigiyenanın vacibliyini vurğulayır. Layihə bu günə qədər Vyetnam, Cənubi Afrika, İndoneziya, Türkiyə, Rumıniya, Polşa, İran, Qazaxıstan, Macarıstan, Filippin, Çexiya Respublikası və Slovakiya kimi bir sıra ölkələrdə həyata keçirilib. “Domestos”un məqsədi hər bir ölkənin ehtiyaclarına uyğun olaraq davamlı inkişaf proqramı yaratmaqdır.

“Domestos” Azərbaycanda bu proqramı həyata keçirmək üçün Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edərək 2019-cu ildə “Domestos Məktəb Kampaniyası”na Bakıdakı 149 nömrəli məktəbdə start verib: məktəbin bütün tualetləri tamamilə təmir edilib. Kampaniya çərçivəsində Bakıdakı digər məktəblərə yüzlərlə litr “Domestos” məhsulu ianə olunub və bunlarla yanaşı, şagird və təmizlik işçiləri üçün məktəbdə gigiyena təlimləri təşkil ediləcək.