Leyla Əliyeva açılışda - Fotolar

Leyla Əliyeva açılışda -  Fotolar
1088 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 24-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Axşam.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

 

Yeni il bayramı ərəfəsinə təsadüf edən tədbir zamanı abadlaşdırılan həyətin kiçik sakinləri üçün xüsusi bayram şənliyi təşkil edilib. Bayram tədbirində iştirak edən uşaqlar Şaxta baba, Qar qız, müxtəlif nağıl qəhrəmanları və məşhur personajlarla görüşüb, rəngarəng bəzədilmiş Yeni il küknarı ətrafında onlarla birlikdə əyləniblər. Şənliyin sonunda bütün uşaqlara bayram hədiyyələri təqdim olunub. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş əhval-ruhiyyə yaradıb, balacalara əsl bayram ovqatı bəxş edib və onlara əyləncəli anlar yaşadıb.

Yenilənmiş həyət Binəqədi rayonu, 6-cı mikrorayon, Svetlana Məmmədova küçəsi 201, 203, 203B, İsrafil Həşimov küçəsi 4A ünvanlarında 2200 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.