Roza Zərgərlinin oğlu bələdiyyə üzvü seçildi

Roza Zərgərlinin oğlu bələdiyyə üzvü seçildi
7182 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov ötən gün keçirilən seçkilərdə Qaraçuxur Bələdiyyəsinin üzvü seçilib.

Axşam.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

Bildirilib ki, onun adı lider namizədlər siyahısında yer alıb. C.Qafarov 6 min 677 səs toplayıb.

Qeyd edək ki, seçki bülletenində onun haqda məlumat bu cür yazılıb:

“Corc Qafarov 1996-cı ildə anadan olub. Bakı şəhəri Suraxanı rayonunun 2 nömrəli uşaq evində yaşayır. “Xəzər” TV-də aktyordur. Namizədliyi özü tərəfindən irəli sürülüb. Bitərəfdir”.

R.Zərgərli Axşam.az-a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, oğlunun Bələdiyyə seçkilərinə qatılmasından xəbərdardır:

"Üzv seçildiyini indi öyrəndim. Özü ilə hələ danışa bilməmişəm. İnşallah, sədr də seçilər".