Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi
2056 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti, balet ustası Çimnaz Babayeva vəfat edib.

Axşam.az xəbər verir ki, 74 yaşlı balet ustası dekbarın 23-də vəfat edib.

Çimnaz Babayeva 1946-cı il dekabrın 23-də Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox milli və klassik balet tamaşalarında unudulmaz xoreoqrafik obrazlar yaradıb. Balet ustası 1977-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri vəzifəsində fəaliyyət göstərib.  Ç.Babayeva 1978-ci ildə Xalq artisti fəxri adına layiq görülüb. 2002-ci ildən Prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin!