Barselonada Azərbaycanla bağlı tədbir keçirilib

Barselonada Azərbaycanla bağlı tədbir keçirilib
260 dəfə oxunub
  • A-
  • A
  • A+
İspaniyanın Barselona şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarına həsr olunmuş tədbir keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, “Azərbaycan Diasporuna Dəstək Fondu”nun dəstəyi və “Azerbaijani Society in Barcelona”nın (ASB) təşkilatçılığı ilə reallaşan tədbirdə əsasən Kataloniyada yaşayan azərbaycanlılar və həmçinin ölkəmizin xarici dostları iştirak edib.

Tədbirdə iştirak edən azyaşlı həmyerlilərimizə bayram hədiyyələri təqdim olunub. Yeni illə bağlı keçirilən bayram lotereyası isə iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.