Azərbaycan və Türkiyə musiqiçilərinin konserti keçirilib

Azərbaycan və Türkiyə musiqiçilərinin konserti keçirilib
245 dəfə oxunub
  • A-
  • A
  • A+

Bursa şəhərinin Atatürk Konqres və Mədəniyyət Mərkəzində Azərbaycan və Türkiyənin tanınmış musiqiçilərinin iştirakı ilə simfonik konsert keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru baş dirijoru Əyyub Quliyevin rəhbərliyi altında Bursa Dövlət Simfonik orkestrinin ifasında Azərbaycan və dünya musiqisinin parlaq nümunələri təqdim olunub.

Xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baletindən süita, bəstəkar İlyas Mirzəyevin balaban və simfonik orkestr üçün konserti ilk dəfə olaraq Bursada səsləndirilib. Bu janrda nadir halda yazılan əsərlərdən olan balaban konsertinin solosunu isə nəfəsli alətlərin tanınmış ifaçısı, Xalq artisti Əlixan Səmədov təqdim edib. Konsertin ikinci bölümündə isə Antonin Dvorjakın “Yeni dünyadan” 9-cu simfoniyası ifa olunub. 1500-ə yaxın tamaşaçının izlədiyi konsert proqramı rəğbətlə qarşılanıb.

Qeyd edək ki, bu layihə dirijor Əyyub Quliyev və Bursa Dövlət Simfonik Orkestrinin ilk birgə işidir.