Kamil Nəcəfzadənin 90 illiyi keçiriləcək

Kamil Nəcəfzadənin 90 illiyi keçiriləcək
308 dəfə oxunub
  • A-
  • A
  • A+

2019-cu il dekabrın 29-da Xalq rəssamı, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı Kamil Nəcəfzadənin 90 illik yubileyi qeyd olunacaq.

Axşam.az xəbər verir ki, Kamil Nəcəfzadə milli kinomuzda 40-dan çox filmdə o cümlədən, Azərbaycan kinosunun qızıl fonduna daxil olan “Sən niyə susursan?”, “Ad günü”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Bir məhəlləli iki oğlan”, “Atları yəhərləyin”  və s. filmlərdə quruluşçu rəssam kimi işləmiş, istedad və bacarığı sayəsində Azərbaycan kino sənətinin inkişafına təkan vermişdi.

Dekabrın 19-da saat 19:00-da Nizami Kino Mərkəzində Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illik yubileyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.