“Çölçü” İsraildə ən yaxşı bədii film seçildi - Video

“Çölçü” İsraildə ən yaxşı bədii film seçildi - Video
874 dəfə oxunub
  • A-
  • A
  • A+

İsraildə baş tutan “Near Nazareth Festivalı 2019” festivalında beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyəti Şamil Əliyevin “Çölçü” filmini ən yaxşı bədii film seçib.

Axşam.az xəbər verir ki, mükafatı təsdiq edən sertifikat filmin quruluşçu-rejissoru Şamil Əliyevə təqdim olunub.

Film dekabrın 3-də İzrailin Afula şəhərində təqdim olunub.

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan ekran işi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 57 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

“Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”,  “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser Müşfiq Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.