“Efirdə qaraçı kimi danışa bilmərəm” - Niyamdan Mətanətə

“Efirdə qaraçı kimi danışa bilmərəm” - Niyamdan Mətanətə
2106 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənnilər Mətanət Əsədova və Niyam Salami arasında qalmaqal yaşanıb.

Axşam.az xəbər verir ki, tərəflər bir-birini “ATV maqazin onlarla” proqramında ittiham edib.

M.Əsədova bildirib ki, Niyamdan inciyib:

“Niyamla nə alış-verişim ola bilər ki, aram da dəysin? Elə bütün günü bir yerdə olmalı deyilik ki? Mahnıdır, oxumuşuq, vəssalam. Elə bil ki, stəkanı at yerə, sınsın. Onu yapışdırsa bilərsən? Qəlb də elədir. Onu necə bağışlayım? O kitab bağlandı. İstəyir ki, üzünə gülüm. Özünü aldadırsa, gəlsin gülüm. Düzgün insan deyilsən, problem səndədir, məndə problem axtarma. Mən rola girə bilmirəm”.

N.Salami isə M.Əsədovanın gündəmə gəlmək üçün belə bir addım atdığını söyləyib:

“Düz söz danışırsa, üzə desin. Heç kimin üzünə deməmişəm ki, sən beləsən. Yəqin qalmaqal istəyir. Saxta şeylər arada olur. Deyir ki, onunla münasibətim yoxdur. Buradan kiməsə ismarıc göndərdm ki, ay filankəs, mən səninlə aram olmayıb. Bunlar düşük söhbətlərdir. Efirdə qaraçı kimi danışa bilmərəm. Duetə qədər yaxınlaşırsan, çay içirsən, müsahibə verəndə gülürsən. Tülkünün qabağında saf ola bilmərsən, elə biləcək ki, sən ondan da tülküsən. Qız özünə reklam gəzir”.