“Toyqabağı həkimə getdim” - Londona köçən Emiliya

“Toyqabağı həkimə getdim” - Londona köçən Emiliya
22667 dəfə oxunub
  • A-
  • A
  • A+

Evlənib Londona köçən azərbaycanlı müğənni Emiliya Yaqubova Bakıya gəlib.

Axşam.az xəbər verir ki, AzTV-də yayımlanan “Gün başladı” proqramında qonaq olan sənətçi həyatındakı yeniliklərdən söz açıb. O, sənətini davam etdirdiyini söyləyib:

“Londonda artıq kiçik konsertim də olacaq. Biletlər satılıb”.

Müğənni necə formada qalmağından da bəhs edib:

“Nəyisə ürəyim istəyəndə yeyirəm. Amma çalışıram ki, bunu mütəmadi təkrarlamayım, balanslaşdırıram. Quru meyvələri çox sevirəm. Orada dadlı olmasa da, xurma alıram. Buradan gedəndə qidalar və dərmanlar aparıram. Londona köçən kimi allergiya başladı. Hava nəmdir, həm də rütubət çoxdur. Toyqabağı həkimə getdim, mənə resept yazdı. Özümü yaxşı hiss etdim. Meyvə-tərəvəz yeməyə çalışıram. Kilom isə 45-dən bir az artıqdır”.

Qeyd edək ki, E. Yaqubova Tamerlan adlı iş adamı ilə ailə qurub. O, Bakıdan sentyabrda köçüb.