Əməkdar artist “Warner Music”lə müqavilə imzaladı

Əməkdar artist “Warner Music”lə müqavilə imzaladı
492 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist İsfar Sarabski Dünya səsyazma biznesinin üç aparıcı şirkətindən biri sayılan “Warner Music Group”la müqavilə imzalayıb.

Axşam.az xəbər verir ki, bu barədə “Var Yox” layihəsi məlumat yayıb.

Bildirilir ki, cazmenın bu şirkətin etiketi ilə iki albomu buraxılacaq. İlk albom caz janrında olacaq. İki sinqlın da buraxılması gözlənilir. Həmçinin, ifaçı festivallarda və konsertdə iştirak edəcək.

İ.Sarabskinin albomu və sinqlları 2020-ci ildə işıq üzü görəcək.

Məlumat üçün qeyd edək ki, bu səsyazma şirkətinin artist siyahısında  Edit Piaf, David Guetta, “Daft Punk”, Bruno Mars və yüzlərlə digər məşhurlar var.