Dünyada ilk dəfə “SMS” mesajı dekabrın 3-də göndərilib

Dünyada ilk dəfə “SMS” mesajı dekabrın 3-də göndərilib
865 dəfə oxunub
  • A-
  • A
  • A+

Sürətlə dəyişən dünyamızda texnoloji cəhətdən köhnəlmiş, lakin hələ də mövcudluğunu qoruyub saxlayan və insanlara sevinc bəxş edən bir neçə texnoloji həll qalmaqdadır.

Smartfonların müasir funksiyalarla təchiz edilməsinə baxmayaraq, 160 simvol uzunluğunda mesajlar rabitə qurğularında əvvəlki kimi əsas atribut olaraq qalır.

Axşam.az "ictnews"a istinadən xəbər verir ki, 1984-cü ildə Danimarkanın Kopenhagen şəhərində keçirilmiş Mobil Rabitə konfransında iştirak etmiş finlandiyalı mühəndis Matti Makkonen kafedə iki həmkarı ilə keçirilmiş qeyri-rəsmi görüşdə "GSM" şəbəkələrində qısa mesajlarla mübadilə sisteminin konsepsiyasını müzakirə etmişdi. Həmin dövrdə "GSM" sırf Skandinaviya standartı olub və yalnız bir neçə il sonra ümumavropa standartı kimi təsdiq edilib.

1992-ci ildə "SMS" standartı təsdiqlənib, "Vodafone" şirkəti isə "SMS" mərkəzin yaradılması üçün Britaniyanın "Sema Group" standartlaşdırma təşkilatından proqram təminatı hazırlamağı sifariş edib. Proqramçılar komandasının iştirakçılarından biri Nil Papvort olub.