Anar Ağakişiyev İstanbuldan ev aldı - Azərbaycandan gedir?

Anar Ağakişiyev İstanbuldan ev aldı -  Azərbaycandan gedir?
2336 dəfə oxunub
  • A-
  • A
  • A+
"Kimsə şayiə yayıb ki, Bakıdan köçürəm. Bu da müştərilərimi narahat edir. Çünki gələn ilin sentyabrına qədər yazılan gəlinlərim var. Buradan demək istəyirəm ki, mən Bakıdan birdəfəlik köçmürəm".

Bu sözləri Axşam.az-a açıqlamasında stilist Anar Ağakişiyev deyib. Son günlər İstanbulda məşhurları bəzəməklə gündəmə gələn stilist Azərbaycanı tərk etməsi ilə bağlı dedi-qodulara son qoyub. Anar Türkiyədən ev alması haqda da danışıb:

"Gedib-gəlmək İstanbula köçməyim demək deyil. Orada evim hazırlanır. Hələ köçmürəm. Lazım olanda gedəcəm, lazım olanda qayıdacam. Buradakı müştərilərimi də gözüyolda qoymaram.  

Mənim köçməyimi arzu edənlər var. Amma yox, onları bu niyyətlərinə çatdırmayacam. İki ilə Parisə köçməyi düşünürəm. Demet Akalınla tanış oldum. Qərar verdim ki, ortada olan iki ili başqa yerlərdə dəyərləndirim. Hazırda İstanbul təkliflərini dəyərləndirməklə məşğulam".

 

"Hətta bir ara Dubaya köçəcəyinizi deyirdilər" sualına isə Anar belə cavab verib:

"Dubay zəbt etmək üçün mənə görə balacadır. 5 il qabaq oranı zəbt etmişəm. Avropanı, Amerikanın yarısını zəbt etdim. Mənim üçün önəmli yeni yerləri zəbt etməkdir.

Azərbaycanda olmasam da, məkanım hər zaman çalışacaq. Burada mənim çox peşəkar komandam, yetişdirdiyim ustalar var. İşimi də yarıdırlar. İndi məni bəyənməyənləri işləri ilə udarlar".

Foto: Ramid VAHİDOĞLU