Piyləri əridən detoks şorba

Piyləri əridən detoks şorba
2343 dəfə oxunub
  • A-
  • A
  • A+

Düzgün bədən quruluşuna sahib olmaq bir çox qadının arzusudur. Bəzilərimiz ciddi pəhriz, bəzilərimiz də idmanla məşğul oluruq.

Axşam.az sizə qısa müddətdə çəki verib, eyni zamanda bədənimizdən toksinləri atacaq şorba reseptini təqdim edir.

Tox tutan, üstəlik də vitaminlə zəngin şorbanı günün istənilən saatında yeyə bilərsiz.

Ərzaqlar:

1 ədəd pomidor, 1 ədəd yaşıl və qırmızı bibər, 1 ədəd qırmızı soğan, kiçik ölçüdə çuğundur, 4 x.q qırmızı mərcimək, duz, qara və qırmızı istiot, 5 st su

Bütün ərzaqları qarışdırıb, üzərinə su tökürük. Vam odda yarım saat bisirib, blenderdən keçiririk.

Bu şorba eyni zamanda qəbizlikdən şikayəti olan şəxslər üçün nəzərdə tutulub.