Hamama kamera qoyub qayınanasını izlədi

Hamama kamera qoyub qayınanasını izlədi
6298 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə kürəkənin qayınanasına qarşı hərəkəti eşidənləri şoka salıb.

Axşam.az xəbər verir ki, Bolu şəhərində yaşayan kişi hamama saat qoyub. Onun həyat yoldaşı G.İ əvvəl heç nədən şübhələnməsə də, saatın işlədiyi vaxtlara nəzər saldıqda duyuq düşüb. Belə ki, ərinin "çox dəyərli" dediyi saat onun anası və qadın qohumları evə gələndə işləyirmiş. Saatı ustaya aparan qadın gördükləri qarşısında şoka düşüb. Belə ki, mexanizmin içərisinə kiçik kamera yerləşdirilib və ərinin telefonu ilə əlaqələndirilib.

Qadının anası və yaxın qohumları evə gələn zaman kişi kameradan onları izləyirmiş. G.İ ərindən bunun hesabını soruşduqda kişi onu döyüb. Qadın polisə müraciət edib və boşanmaq üçün məhkəməyə baş vurub.