"Bir gündə dörd fəsil yaşadım"

"Bir gündə dörd fəsil yaşadım"
5587 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Sevda Ələkbərzadə "İstəmirəm" adlı yeni mahnısını və klipini təqdim edib.

Axşam.az xəbər verir ki, müğənni İsmayıl Əsədovun Orxan Qarabasmanın sözlərinə bəstələnmiş mahnının rejisorluğu Zaza Oraşviliyə həvalə edilib. Klip Gürcüstanın paytaxtı Tbilisidə çəkib.

"Mən eksperiment etməyi sevdiyimdən özümü yeni bir tərzdə sınamaq istədim. Məncə, çox maraqlı alındı” deyə, müğənni bildirib.

S.Ələkbərzadə bildirib ki, bu gürcü rejisorla ilk işbirlikləri deyil:

"Mən səni gözlədim" videoçarxının çəkilişində görüşmüşük. Onda hamı bizim birgə işimizi bəyəndi. Qeyd etmək istəyirəm ki, bu, gürcü rejissorunun Azərbaycan müğənnisi ilə ilk işi də idi. Onunla işləmək çox xoşdur, çünki hər şeyi səmimiyyətlə və böyük həvəslə edir".

Sevda çəkilişlərdə qarşılaşdığı çətinliklərdən də danışıb:

"Çəkiliş inanılmaz hava şəraitində baş verdi – bir gündə yağış yağdı, sonra günəş çıxdı, birdən səma qara buludlarla örtüldü, sonra buludlar yox oldu və yay gəldi. Bir çəkiliş günündə 4 mövsüm yaşadıq. Amma hava şəraitinə və yağışda islanmağımıza baxmayaraq, heç kim xəstələnmədi, çünki hamı o qədər həvəslə işləyirdi ki... Nəticədə çox maraqlı bir klip alındı".