Şuşa Teatrında iki premyera

Şuşa Teatrında iki premyera
3132 dəfə oxunub
  • A-
  • A
  • A+

Şuşa Teatrının kollektivi iki yeni tamaşa ilə tamaşaçıların görüşünə gəlir. Bunlardan biri uşaqlar üçün hazırlanmış Abdulla Şaiqin “Danışan gəlincik”, digəri isə Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşasıdır.

Axşam.az “Danışan gəlincik” tamaşası oktyabrın 13–də nümayiş olunacaq. Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı, Əməkdar artist Azad Məmmədovdur.

Rolları Zəhra Salayeva, Nigar Məmmədova, Günel İmanova, Püstəxanım Zeynalova, Aybəniz Cahangirova, Hamlet Qənbərov, Emin Sevdiməliyev, Mətanət Eres, Sevinc Ağayeva, Mobil Qurbanov və Mir Qabil Əkbərov ifa edəcəklər.

“Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2018–ci il tarixli Sərəncamına uyğun olaraq görkəmli dramaturqun “Solğun çiçəklər” pyesi də bərpa edilərək teatrın binasında oktyabrın 15–də ilk dəfə olaraq təqdim olunacaq.

Tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Respublikanın Əməkdar artisti Azad Məmmədovdur.

Rolları Rasəf Mehdiyev, Dürdanə Dünyamalıyeva, Xanirə İsgəndərova, Təranə Əliyeva və Zahid Mehdiyev ifa edəcəklər.