“İl Tabarro” operası nümayiş olunacaq

“İl Tabarro” operası nümayiş olunacaq
3053 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən populyar əsərlərindən biri “İl Tabarro” operası nümayiş olunacaq.

Axşam.az xəbər verir ki, oktyabrın 19-da nümayiş ediləcək səhnə əsərində əsas rollarda Əməkdar artistlər Afaq Abbasova, Fərid Əliyev, Cahangir Qurbanov, Əliəhməd İbrahimov, Tural Ağasıyev, solistlər Nina Makarova və Tələt Hüseynov çıxış edəcək.

Tamaşanın musiqi rəhbəri və dirijoru Korneliya fon Kerssenbrokdur.

Qeyd edək ki, ilk təqdimatı 1918-ci il dekabrın 14-də Nyu-Yorkun Metropoliten-Opera Teatrında reallaşan səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2014-cü ildə almaniyalı rejissor Lüdviq Baumanın quruluşunda səhnəyə qoyulub.