Emin və Bahh Tee xəyanət və sevgini göstərdi

Emin və Bahh Tee xəyanət və sevgini göstərdi
4856 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Emin Ağalarov və Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee duet oxuyub.

Axşam.az xəbər verir ki, müğənnilər "Парами" adlanan mahnıya klip də çəkdiriblər. Mahnı Bahh Tee-nin yeni albomunda da yer alacaq.

Oktyabrın 4-də işıq üzü görəcək albomda yeganə duet məhz bu olacaq.

Ekran işində kişi dostluğu, xəyanət və sevgi əks olunub. Klipin rejissor işi  Yevgeni Abdel-Fattaha həvalə edilib.

"Bahh Tee çox istedadlı ifaçı və müəllifdir. Bizim dostluğumuz 2016-cı ildə "Сбежим в Баку" mahnısı zamanı başlayıb. Mahnını mənim üçün Bahh Tee yazıb. O, ifaçını hiss etməyi, nəyin təqdim edilib-edilməyəcəyini hiss edə bilir" deyə, Emin vurğulayıb.

Mahnı haqqında danışan Bahh Tee isə "Əsas odur ki, biz lazım olduğu üçün yox, istədiyimiz üçün duet oxuduq. Onu yazanda Emini gördüm, onun səsində təsəvvür etdim. Maraqlı və rəngarəng alındı" söyləyib.