"Sevgilim məni çox qısqanır" - 83 yaşlı müğənni

"Sevgilim məni çox qısqanır" - 83 yaşlı müğənni
5511 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk müğənnisi Gönül Yazar 51 yaşlı sevgilisi Rüzgar Mağden haqda yeni açıqlamalar verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 83 yaşlı ifaçı sevgilisi ilə evlənməyi düşünmədiyini deyib.

"Hələlik evlilik düşünmürük. Ona çox aşiqəm. Bizim sevgimizi ancaq xəyanət bitirə bilər. Rüzgar məni çox qısqanır, telefonuma baxır. Rüzgar ilə yanaşı yatacağımız bir məzar almağı düşünürük" deyə, o bildirib.