"Bir qadını həqiqətən sevmək üçün..."

"Bir qadını həqiqətən sevmək üçün..."
2117 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə yerləşdirdiyi fotosu ilə izləyicilərinin marağına səbəb olub.

Axşam.az xəbər verir ki, sənətçinin makiyajsız fotosu müzakirələrə səbəb olub. İzləyicilər Məmmədovanın ünvanına "Bu nə şəkildir? Dəyişik bir gözəlliyiniz var" sözlərini yazaraq, həm tənqid edib, həm də tərifləyiblər.

Müğənni paylaşımına Brian Adamsın sevgi ilə bağlı "Bir qadını həqiqətən sevmək, onu anlamaq üçün qəlbinin dərinliklərindəkini bilməyin lazımdır. Hər düşüncəsini duymalı, rüyasını görməlisən. Ona qanadlar verməlisən uçmaq istədiyində... Və özünü çarəsiz onun qollarında yatarkən tapanda, anlayacaqsan ki, o qadını gerçəkdən sevirsən..." sözlərini yazıb.