Yəqin ki, dəniz və okean məhsullarını sevməyən yoxdur. Dadlı, bol çeşidli və eyni zamanda təzə dəniz məhsulları olan məkanlar isə şəhərimizdə barmaqla sayılacaq qədər azdır.

Axşam.az xəbər verir ki, bu günlərdə paytaxtımızda yalnız dəniz məhsullarının təqdim edildiyi yeni məkan - "Rıbak-u" fəaliyyətə başlayıb.

Dəniz məhsullarının tərkibində insan orqanizmi üçün xeyirli olan xüsusi maddələr mövcuddur. Buna görə də onların hazırlanmasının xüsusi qaydaları var. "Rıbak-u" restoranının peşəkar aşpazları sizlər üçün dəniz və okean məhsullarını ən düzgün qaydada hazırlayıb təqdim edəcək.

Möhtəşəm məkanda sizlər dadlı salatlar, fərqli isti yeməklər, şorbalar dada biləcəksiniz. Eyni zamanda sizləri qeyri-adi və maraqlı dada malik məzələr gözləyir.

 

Suşi sevənlər də "Rıbak-u"ya üz tuta bilərlər. Şəhərin ən dadlı və fərqli çeşiddə suşilərini məhz buradan tapa biləcəksiniz. Aşpaz Heydər hazırladığı bütün məhsullara xüsusi yanaşır və müştərilərə fərqli dadlar təqdim etməyə çalışır.

"Rıbak-u" dadlı yeməklərlə yanaşı müştərilərinə xoş atmosfer də təqdim edir. Yolunuzu bu möhtəşəm məkandan salmaqla, siz həm fərqli təamları dada, həm də rəngarəng dekorasiyadan zövq ala biləcəksiniz.

 

Mədənizi fərqli, sağlam qidalarla həm sevindirmək, həm də onun qayğısına qalmaq üçün mütləq "Rıbak-u"ya üz tutun.

Sifarişlər də qəbul olunur.

Ünvan: A.Salamzadə 104 A

Tel.: (050) 266 33 44

        (055 348 88 68)

İnstaqram: @rıbak_ u.restaurant

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                 

Digər