"Hələ bunu edən olmayıb" - Lətifədən cəsarətli fotosessiya

"Hələ bunu edən olmayıb" -  Lətifədən cəsarətli fotosessiya
24874 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Lətifə Soyuöz uzun fasilədən sonra yenidən obyektiv qarşısına keçib.

Axşam.az xəbər verir ki, sənətçi dəniz kənarında cəsarətli pozalar verib. Lətifə bildirib ki, yeni fotolarını mahnıları üçün çəkdirib:

"İki yeni mahnı hazırlamışam: biri italyan, digəri türk. Çoxdandır fotosessiya etmirdim. Amma gözəl alındı. Fotoqrafın işi məni həyəcanlandırdı. düşünürəm ki, belə fotosessiyanı Azərbaycanda edən olmayıb. Stilistim Səidə Nağıyeva, fotoqrafım Əliəkbər Fərid olub".

Lətifə onu da qeyd edib ki, uzun müddətdir sosial şəbəkədən də uzaqlaşıb. "Heç bir paylaşım etmirdim. Bir az işlərim çox idi. Bir də artıq iyrənmişdim. O qədər mənasız insanlar və paylaşımlar var ki" deyə, ifaçı əlavə edib.