Həyat yoldaşı Yaşar İpəklə boşanma ərəfəsində olan türkiyəli müğənni Seren Serengil dördüncü dəfə övladını itirib.

Axşam.az xəbər verir ki, 1,5 aydır hamilə olan Seren yaşadığı kədəri belə ifadə edib:

"Gözəl körpəm, bu qədər söyüşə, təhqirə, zülmə, şərə dayana bilmədin, "istənilmədiyim yerdə qalmaram" dedin, qürurlu qızım. Qızım deyirəm, çünki həmişə belə hesab etdim. İlk gündən bəri birlikdə mübarizə apardıq, amma bu qədər pisliyə kiçik qəlbin dayana bilmədi. Sənə sahib olmaq üçün çox mübarizə apardım, amma daha çox qoruya bilmədim".

Qeyd edək ki, Seren Serengillə Yaşar İpək bir neçə gündür qalmaqal yaşayır. Müğənni ailəsinin dağılmasına Gülben Ergeni ittiham edir.


                 

Digər