Alovların içində striptiz ona baha başa gəldi - Video

Alovların içində striptiz ona baha başa gəldi - Video
8093 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstarliyada keçirilən gözəllik yarıçmasına qatılan Harli Van Dencerfildin hamıdan fərqlənmək arzusu gözündə qalıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, müsabiqənin şərtlərinə görə qızlar striptiz klubda rəqs edərək cazibədarlıqlarını sərgiləməli idilər.

Bu fürsəti əldən vermək istəməyən Harli səhnəyə çıxaraq yerə yanacaq toküb və od vurub. O rəqsini ifa edərkən alov yayılaraq pərdələri tutub. Hadisə yerinə gələn yanğınsöndürənlər 200 nəfəri təxliyə edib və alovun yayılmasının qarşısını alıb. Gecə klubuna isə 3 min dollardan çox ziyan dəyib. Bütün bunlara səbəb olan Harli müsabiqədən kənarlaşdırılıb.

İnstaqram hesabında baş verənlərdən məyus olduğunu yazan gənc qız daha sonra paylaşımını silib.