​"Optimal Yay Festivalı"nın növbəti konserti 26 avqustda Gəncə şəhərindəki Heydər Əliyev Parkında keçirilib.

Axşam.az xəbər verir ki, minlərlə Gəncə və ətraf rayonların sakinlərinin iştirak etdiyi konsert proqramının açılış nitqində festivalın siması, bəstəkar-müğənni Murad Arif və teleaparıcı Zümrüd Bədəlova 1997-ci ildən etibarən xalqımıza məişət texnikası, elektronika və mebel sahəsində keyfiyyətli və sərfəli xidmət göstərən "Optimal" şirkətinin başlatdığı "Optimal Yay Festivalı" kampaniyasından bəhs edib. Onlar konsertin keçirilməsində xüsusi dəstək göstərən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova "Optimal" şirkəti adından təşəkkürlərini bildiriblər.

 

​Daim ilklərə imza ataraq, müştərilərini sevindirən "Optimal" yay festivalı kampaniyası çərçivəsində Azərbaycanın bölgələrində sevimli ifaçıların iştirakıyla konsert proqramları keçirərək, müştərilərinə daha yaxın olmağı qarşısına məqsəd qoyub.

Murad Arifin ifası ilə başlayan konsert proqramında ifaçılardan Pərviz Abdullayev, Elnar Xəlilov, Talıb Tale, Tərlan Novxanı, Türkan Vəlizadə, Vasif Əzimov, Vəfa Şərifova və Leyla Nur mahnılarıyla pərəstişkarlarını sevindiriblər.

​Gecənin sonunda ifaçılar konsertin keçirilməsini təşkil edən "Optimal Elektronika MMC" və "Xəzər" Media Mərkəzinə təşəkkürlərini bildiriblər.

 

​Qeyd edək ki, "Optimal" şirkəti 30 iyundan - 30 sentyabra qədər başlatdığı "Optimal Yay Festivalı" kampaniyasında “Şansınız Optimal Olsun” devizi altında elektronika və mebel mağazalarında hər 300 manatlıq nəğd və ya ilkin ödənişsiz, faizsiz, arayışsız kreditlə alış-veriş edən hər bir müştəriyə 1 ədəd kupon təqdim olunacaq.

12 oktyabrda keçiriləcək final günündə "Optimal" müştərilərini 101 ədəd möhtəşəm hədiyyə gözləyir. Məişət avadanlıqları, telefonlar, noutbuklar, mebel dəstləri və nəhayət "Yeni Optima" avtomobili sizin ola bilər. "​Optimal" bundan sonra da böyük layihələriylə hər zaman müştərilərini diqqət mərkəzində saxlayacaq.

Hörmətli "Optimal" müştəriləri, "Şansınız Optimal Olsun!"

​Optimal - Keyfiyyəti əlçatan etdik.

Ətraflı: 012 954 / www.optimal.az

 
 
 
 
 
 
 
 


                 

Digər