Tubaya görə medianı tənqid etdi

Tubaya görə medianı tənqid etdi
5864 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Tuba Büyüküstünün Parisdə ev alması ilə bağlı yazılan “Tuba bu pulu haradan alıb” xəbərlərinə Hazal Kaya sərt reaksiya verib.

Axşam.az xəbər verir ki, o, Tvitterdə həmkarının müdafiəsinə qalxıb:

“Bu, nə tərbiyəsizlikdir? Necə belə xəbər yaza bilirsiniz? İllərdir alnın təri ilə hamımızın gözü önündə çalışıb, pul qazanan və onları doğru şəkildə istifadə edən gənc qadındır. Kişilər avtomobil alanda “yeni oyuncağı” deyə, yazırsınız. Xeyirdir? Dilinizi, üslubunuzu düzəltmək məcburiyyətindəsiniz. Bizə etdiyiniz şiddətin fərqinə varmalısınız. Medianın işlətdiyi ifadələrin nələrə səbəb olacağı günlərdir yazılır. Bilmirsinizsə, öyrənməlisiniz. Bu, sizin işinizdir”.

Qeyd edək ki, Tubanın Parisin Saint German səmtindən aldığı evin qiyməti 7 milyon lirədir.