Həyat yoldaşı meyxanaçı Rəşad Dağlıdan boşanır.

Axşam.az-ın əldə etdiyi məlumata görə, Nailə Süleymanzadə bununla bağlı artıq məhkəməyə müraciət edib.

O, Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Əmirov Rəşad Vaqif oğlundan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirib.

Qeyd edək ki, cütlük 2010-cu ildə ailə qurub. Onların Bətül adlı qızı və Yusif adlı oğlu var.

Onu da bildirək ki, Nailə Süleymanzadə boşanmanın səbəbləri haqda azxeber.com-a danışıb:

"Bu haqda danışmaq istəmirdim. İstəməzdim ki, belə xəbərlər mətbuatda yer alsın. Biz Rəşadla dost kimi ayrılmağı düşünürük. O övladlarımın atasıdır. Sadəcə ailə münaqişələrimiz oldu və anlaşa bilmədik. Boşanma ərizəsini mən vermişəm. Rəşad isə bununla razı deyil".

 
 
 
 


                 

Digər