Azərbaycanlı aktrisa gənc oğlanla görüntüləndi - Fotolar

Azərbaycanlı aktrisa gənc oğlanla görüntüləndi - Fotolar
8640 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Asya Atakişiyeva ötən gün gənc oğlanla görüntülənib.

Axşam.az-ın obyektivinə tuş gələn sənətçi səmimi halları ilə diqqət çəkib.

Şəhərdə bir qədər gəzdikdən sonra yol kənarında avtomobil gözləyən cütlük daha sonra maşına əyləşərək, həmin yeri tərk ediblər.

Qeyd edək ki, 34 yaşlı A.Atakişiyeva subaydır. Ona yaxın mənbələr yanındakı oğlanın sənətçinin sevgilisi olduğunu bildirir.

Onu da bildirək ki, aktrisa Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək “Həyat sən nə qəribəsən”, “Qayınana”, “Ata ocağı” kimi seriallarda rol alıb.

Əldə etdiyimiz məlumata görə, sözügedən şəxs Akademik Musiqili Teatrın aktyoru Əmrah Dadaşovdur. İndiyədək obrazlarına görə, müxtəlif mükafatların sahibi olub.