Qazancı ilə Cey Lo, Beyons və Ledi Qaqanı geridə qoydu

Qazancı ilə Cey Lo, Beyons və Ledi Qaqanı geridə qoydu
4265 dəfə oxunub
  • A-
  • A
  • A+

"Lover" adlı albomu ilə bu il gündəmə gələn müğənni Teylor Svift ilin ən çox qonorar alan müğənnisi olub.

Axşam.az xəbər verir ki, sənətçinin il ərzində əldə etdiyi 185 milyon dolların böyük hissəsini "Reputation Stadium Tour" konsert proqramından və "Republic Records"la müqaviləsindən qazanıb.

Bu gəlirlə Teylor ilin ən çox qazanan müğənnisi siyahısında birinci olub. beyons isə ondan iki dəfə az gəlir əldə edib. O, 81 milyon dollarla ikinci olub.

Siyahıda 62 milyon dollar qazanan Rihanna üçüncü yerdə qərarlaşıb. İlin ən çox qazanan dördüncü müğənnisi 57,5 milyonla Keti Perri, beşinci 57 milyonla Pink, altıncı 48 milyonla Ariana Qrand, yeddinci 43 milyonla Cennifer Lopes, səkkizinci 39,5 milyonla Ledi Qaqa və doqquzuncu 37,5 milyonla Selin Dion olub.

Siyahıda sonuncu Şakiradır. O, 1 il ərzində 35 milyon dollar qazanıb.