Can Yaman meksikalı gözəllə sevgilidir

Can Yaman meksikalı gözəllə sevgilidir
5187 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir "Erkenci kuş" serialında tərəf müqabili olan Demet Özdemirlə sevgili olan aktyor Can Yamanın yeni eşqə başladığı iddia edilib.

Axşam.az xəbər verir ki, İtaliyaya gedən aktyor orada tanış olduğu meksikalı müğənni Belinda Pereqrinlə münasibət qurub.

Yaman ötən gündən Pereqrini sosial şəbəkədə izləməyə başlayıb. Qız da onun bu addımına qarşılıq verib. İki məşhurun yaxınlaşması izləyicilərinin də diqqətindən qaçmayıb.

5 milyondan çox izləyicisi olan və 341 insanı izləyən Canın ünvanına "Şorgöz Yaman yenə iş başındadır" kimi şərhlərin yazılmasına səbəb yaradıb. Peregrinin isə izlədiyi 136 şəxs arasında yamanın yeganə türk olması diqqətdən yayınmayıb.