Leyla Əliyeva məşhurlarla avtomobil yürüşündə - Fotolar

Leyla Əliyeva məşhurlarla avtomobil yürüşündə -  Fotolar
6608 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçirilib.

Axşam.az xəbər verir ki, tədbirdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox klassik maşın iştirak edib.

Unikal avtomobil modelləri Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək, paytaxtın mərkəzi küçə və prospektləri ilə hərəkət ediblər. Yürüş elə Heydər Əliyev Mərkəzinin qarşısında başa çatıb.

Tədbirə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Müdafiə Sənayesi naziri Mədət Quliyev qatılıblar. 

Yürüyüşdə Xalq artisti Aygün Kazımova, Əməkdar artist Səbinə babayeva, müğənni Nigar Camal və başqaları da yer alıblar.

Foto: Ramin Aslanov