"Anama qulaq asmadım" - Serdar Ortaç

"Anama qulaq asmadım" - Serdar Ortaç
12697 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Serdar Ortaç Harbiyədə konsert verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 illik evliliyini bu günlərdə bitirən ifaçı səhnədə maraqlı açıqlamaları ilə dəqqət çəkib.

"Biraz gec oldu, amma anladım. Nə varsa bizim qızlarda var. Anam da demişdi, çox xəbərdarlıq etmişdi. Səni dinləməyən o qulaqlarıma.." deyə Serdar onu ön sıralarda izləyən anasına səslənib.

Müğənninin anası Nesrin Ortaç müxbirlərin suallarını cavablandırıb.

"Oğlumun boşanmasına məyus oldum. Ancaq qərarı nə olursa olsun, hər zaman onun arxasındayam. İkisi üçün də xeyirli olsun. Övladları olsa daha çox kədərlənərdim. Xloye yaxşı qızdır. Mən onun heç bir pisliyini görməmişəm. Serdarın şəxsi həyatına qarışan deyiləm. Onun bəyəndiyi qız mənim başımın tacıdır" deyə, o bildirib.