Əməkdar artist Aybəniz Haşımovanın ad günüdür.

Axşam.az xəbər verir ki, müğənni 52 yaşını qeyd edir.

Haşımovaya gecə saatlarında tələbələri sürpriz ediblər. Onlar şar, tort gətirərək, müğənni üçün mahnı oxuyublar.

A.Haşımova videoları sosial şəbəkədə yayımlayaraq "Deməli belə, Aşıq Alı demişkən: Əllini aşırdım, yüzə nə qaldı? Düz gecə 52-yə keçən kimi xətakarlar yaxaladı məni. Allah sizin sevginizi mənə çox görməsin. Sizi verənə şükr. Nə yaxşı varımsınız" sözlərini yazıb.



                 

Digər