Xalq artisti Emin Ağlarov 2020-ci ildə keçirəcəyi "Jara" beynəlxalq musiqi festivalının hazırlıq prosesinə artıq başladıqlarını bildirib.

Axşam.az xəbər verir ki, müğənni bu haqda İnstaqram səhifəsində yazıb. O bildirib ki, növbəti dəfə musiqili tədbirin gününü uzatmağı düşünür:

"Fikirləşirəm, bəlkə "Jara"nı gələn il beşgünlük edək? Sizcə, "Jara" 5 il olacaq?".

Emin eyni zamanda izləyicilərinə festivalda hansı ulduzu görmək istədikləri ilə bağlı suallar ünvanlayıb.

Qeyd edək ki, "Jara" hər ilin iyulunda yerli və rus estradasının ulduzlarının iştirakı ilə keçirilir.  



                 

Digər